Goranboyda idarəetmədən çıxan avtomobil aşıb.

"Unikal"ın əldə etdiyi məlumatına görə, hadisə Qazanbulaq kəndi istiqamətində baş verib.Yol nəqliyyat hadisəsi zamanı idarəetmədən çıxan avtomobil yol kənarına aşıb.Hadisə nəticəsində müxtəlif bədən xəsarətləri alan 1988-ci il təvəllüdlü sürücü Murov Həsənov xəstəxanaya yerləşdirilib. 

Qeyd ki, Murov Həsənov Rayon İcra hakimiyyətinin əməkdaşıdır.

Faktla bağlı araşdırma aparılır.

Ehtiram Muradlı