"İsraili məhv etmək ölkənin silahlı qüvvələrinin ən böyük hədəfidir".

"Unikal" xəbər verir ki, bu barədə İran Baş Qərargahının mətbuat katibi, briqada generalı Əbülfəzl Şikarçı İsrail və İran arasındakı gərginlikdən danışarkən bildirib.

"İsraili məhv etmək bizim ən böyük hədəfimizdir və biz bu məqsəddən geri çəkilməmişik", - deyə Şikarçı qeyd edib.

O, həmçinin Səudiyyə Ərəbistanı, Bəhreyn, Birləşmiş Ərəb Əmirlikləri kimi İsrailə dəstək verən ölkələri "sionist rejimin bir parçası" adlandırıb.