Tehranın cənub-qərbində böyük qaz kəmərində partlayış qeydə alınıb.

"Unikal" xəbər verir ki, partlayış ərazidə güclü yanğına səbəb olub. İlkin ehtimallara görə, hadisə təmir işləri zamanı borunun zədələnməsi nəticəsində baş verib. Qəza yerində yanğınsöndürmə briqadaları işləyir.

Zərərçəkənlər barədə məlumat verilmir.