Əməkdar artist Cavanşir Məmmədov açıqlaması ilə növbəti dəfə qınaq obyektinə çevrilib.

"Unikal" xəbər verir ki, “Tarixin bir günü” verilişində qonaq olan müğənni sənət adamları üçün bank hesabının açılmasını təklif edib. O bildirib ki, insanlardan müğənnilərə yardım üçün pul yığmaq lazımdır:

"Bankda hesab açılmalıdır. Tutaq ki, Cavanşir Məmmədov "Xalq artisti" olmaq istəyir, xidmətlərim buna yol verir. 10 milyon millətimiz var. 5 milyonu kənara qoyaq, qalan beş milyon 50 qəpikdən 5, 10 minə qədər, gücü nəyə çatırsa, hesaba köçürsün. Hesabda 5 milyon yarandıqdan sonra Mədəniyyət Nazirliyinin balansında olsun. Sənət adamları xəstələnəndə həmin pul ona xərclənsin. 

Demir, filan müğənnini sevirəm, ona 50 qəpik, 1 manat verəndə dünya dağılır? O pul yığılandan sonra təsdiq edir ki, müğənnini sevirlər".