Yanvarın 6-dan 7-nə keçən gecə Rusiya sülhməramlılarının müvəqqəti yerləşdirildiyi Azərbaycan ərazisində, qanunsuz erməni silahlı dəstəsinin daha bir üzvü ölüb.

"Unikal" erməni sosial şəbəkələrinə istinadən xəbər verir ki, hadisə Yemişcan yaşayış məntəqəsi istiqamətində baş verib. Bildirilib ki, qanunsuz erməni silahlı dəstəsinin üzvlərindən biri V.Petrosyanın guya qəflətən səhhətində problem yaranıb, xəstəxanaya aparılarkən yolda ölüb. Yaxınları onun dəstənin başqa bir üzvü tərəfindən öldürüldüyünü iddia edir.

Xatırladaq ki, narkotik maddə və spirtli içkilər qəbul etmə səbəbindən erməni əsilli “könüllülərlə” (yaraqlılarla), qarabağlı ermənilər arasında baş verən münaqişələr nəticəsində son vaxtlar cinayət hadisələrinin sayı xeyli çoxalıb.

Anar Kəlbiyev