Vətən müharibəsinin 11 qazisi Türkiyə milli müdafiə nazirinin müavini Muhsin Dere ilə görüşüblər.

"Unikal" xəbər verir ki, bu barədə Azərbaycanın Türkiyədəki səfirliyi məlumat yayıb.

Bildirilib ki, səfirlik əməkdaşlarının iştirakı ilə keçirilən görüşdən sonra hazırda Türkiyənin paytaxtı Ankarada müalicə alan qazilər ziyarət edilib.