ABŞ-ın keçmiş prezidenti Donald Tramp Florida ştatının Mar-a-Laqo şəhərindəki malikanəsində xüsusi tədbir proqramı təşkil edəcək. 

"Unikal"  xarici  KİV-ə istinadən xəbər  verir  ki,  tədbir onun 2024-cü ildə yenidən prezidentliyə namizədliyə  dair  baş tutacaq. Bildirilir ki, görüşə qatılacaq qonaqlar 250 min dollarlıq bilet qarşılığında Trampla xüsusi şam yeməyi və şəkil çəkdirə biləcəklər. 

Mərasimdə Trampla fotosessiya 100 000 dollara, orta seçki namizədləri ilə şam yeməyi isə 50 000 dollara başa gələcək.

Trampın Mar-a-Laqodakı tədbiri Prezident seçkilərində Senat və Nümayəndələr Palatasına nəzarəti bərpa etməyə çalışacaq respublikaçılara dəstək məqsədilə keçirilir. Yığılacaq pullar növbədənkənar namizədlərə deyil, Trampın öz siyasi təşkilatına köçürüləcək.

Qeyd edək ki, Respublikaçılar Partiyasında nüfuzunu qoruyub saxlayan 75 yaşlı Tramp hələ prezidentliyə namizədliyini açıqlamasa da, keçən həftə yayımlanan videoda özünü ABŞ-ın 47-ci prezidenti kimi qeyd edib.

 Gülayə  Mecid