Ötən gün PKK/YPG terror təşkilatının Şırnakın Cizre rayonundakı sərhəd məntəqəsinə təşkil etdiyi hücumda 1 türk əsgəri şəhid olub.

"Unikal" xəbər verir ki, Türkiyə Milli Müdafiə Nazirliyindən verilən açıqlamaya görə, terror təşkilatının 43 üzvü zərərsizləşdirilib.

Belə ki, "Sülh bulağı və Fərat Qalxanı bölgələrində ümumilikdə 43 terrorçu zərərsizləşdirilib. Terror təşkilatı PKK/YPG-nin sülh və təhlükəsizlik mühitini pozmaq xəyallarını puça çıxarmağa davam edəcəyik! Biz şəhidlərimizin qanını yerdə qoymamışıq, qoymayacağıq!", -  deyə Nazirlik qeyd edib.