Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla Ukraynanın dövlət başçısı Volodimir Zelenski arasında təkbətək görüş başa çatıb. 

"Unikal" xəbər verir ki, tərəflər Ukrayna Prezidentinin Kiyevdəki Marinski sarayında bir araya gəlib.

Dövlət başçılarının birgə mətbuat konfransı keçirəcəyi gözlənilir.

***15:30

Prezident Vladimir Zelenski Ukraynaya rəsmi səfəri çərçivəsində Türkiyə lideri Rəcəb Tayyib Ərdoğanı qarşılayıb.

"Unikal" xəbər verir ki, Zelenski və Ərdoğan arasında görüş başlayıb.

Bildirək ki, görüşdə liderlər ikitərəfli əlaqələri, regional və beynəlxalq gündəmin aktual məsələlərini müzakirə edəcəklər.