Krım da daxil olmaqla Ukraynanın ərazi bütövlüyü və suverenliyini dəstəkləməyə davam etdiyimizi təkrarlamaq istəyirəm.

"Unikal" xəbər verir ki, bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ukraynalı həmkarı ilə birgə mətbuat konfransında bildirib.
“Ukraynalı rəsmilərin dialoqa dair mesajlarını təqdir edirəm. Türkiyə Qara dənizdə qonşu olduğu iki dost dövlət arasında böhranın sona çatması üçün öhdəsinə düşəni etməyə hazırdır. Liderlər və yaxud da texniki heyətlər səviyyəsində görüşlərə ev sahibliyi edə biləcəyimizi bugünkü görüşdə bir daha vurğuladım.

Böhranın Ukraynanın ərazi bütövlüyü əsasında Minsk razılaşmaları çərçivəsində diplomatiya və sülh yolu ilə həll olunacağına əminəm”, - Türkiyə Prezidenti qeyd edib.