Braziliyanın məşhur “Qul İsaura” serialındakı Fransisko rolu ilə tanınan aktyor İsaak Bardavid vəfat edib.

"Unikal" xarici mətbuata istinadən xəbər verir ki, 90 yaşlı aktyor xroniki respirator xəstəliyinin ağırlaşması səbəbindən Rio-de-Janeyro şəhərində dünyasını dəyişib.

Qeyd edək ki, Bardavid yarım əsrdən artıq karyerası ərzində onlarla serialda rol alıb və səs sənətçisi kimi fəaliyyət göstərib. Aktyor sonuncu dəfə ötən il filmə çəkilib.