!Meta Platforms Inc"in səhmlərinin bir gündə rekord ucuzlaşması nəticəsində Mark Zukerberq 29 milyard dollar itirib.

"Unikal" xəbər verir ki, milyarder Jeff Bezos isə, əksinə, Amazon səhmlərinin bahalaşması hesabına sərvətini 20 milyard dollar artırıb.

"Meta"nın səhmləri 26% və ya 200 milyard dollardan çox ucuzlaşması nəticəsində, onun təsisçisi və baş icraçı direktoru olan Zukerberqin sərvətini 85 milyard dollar səviyyəsinə endirib.

Zukerberq əvvəllər "Facebook" kimi tanınan texnoloji nəhəgin təxminən 12,8%-nə sahibdir.