Azərbaycanda bu gün koronavirus infeksiyasına 7 474 yeni yoluxma faktı qeydə alınıb, 4 840 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.

"Unikal" xəbər verir ki, bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargah məlumat yayıb.

Son sutkada 25 nəfər COVID-19-dan dünyasını dəyişib.