Azərbaycanda son sutkada koronavirus (COVID-19) əleyhinə 32 276 vaksin vurulub.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan "Unikal"a verilən məlumata görə, bir gündə birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 2 457, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 1 632, "buster" doza üzrə vaksinasiya olunanların sayı isə 28 187 nəfərdir.