Rusiyanın Tula vilayətində 16 avtomobilin iştirakı ilə zəncirvari qəza baş verib.

"Unikal" xəbər verir ki, bu barədə Rusiya Daxili İşlər Nazirliyinin regional bölməsi məlumat yayıb.

Bildirilib ki, M2 magistralında 13 nəqliyyat vasitəsinin toqquşması nəticəsində 7 nəfər yaralanıb. Onlardan biri azyaşlıdır.

Həmin ərazidə daha 3 avtomobilin toqquşması ilə sonradan növbəti zəncirvari qəza qeydə alınıb. Bu qəzada isə bir qadın xəsarət alıb.