Türkiyənin Sakarya şəhərinin Erenler ilçəsində toy mərasimində kütləvi dava baş verib.

"Unikal" xarici KİV-yə istinadən xəbər verir ki, qarşıdurma zamanı 24 nəfər xəsarət alıb.

Bildirilib ki, qonaqlardan birinin stolu yerə bərk çırpması davaya səbəb olub.

Olayla bağlı bir nəfər saxlanılıb, 40-a yaxın şəxsin isə ifadəsi alınıb.