YPG/PKK terror təşkilatı Suriyanın şimal-şərqində nəzarəti altında olan Qamışlı şəhərində iki jurnalisti qaçırıb.

"Unikal" xarici KİV-yə istinadən xəbər verir ki, qaçırılan jurnalistlər "ARK News"un müxbiri Səbri Fəxri və "Yekiti Media"nın əməkdaşı Bavər Molla Əhmədidir. Terrorçular gecə saatlarında Qamışlı şəhərində onların evlərinə soxulublar.

Jurnalistlərin yeri hələlik məlum deyil.