Kuzey Kıbrıs Türk Cümhuriyyətinin tanınmış şəxsi, Qumarxana sahibi Halil Falyalı sui-qəsdin qurbanı olub.  

"Unikal" Türkiyə KİV-ə istinadən xəbər verir  ki, o, silahlı hücum nəticəsində ağır yaralanaraq,  xəstəxanaya aparılıb.  Lakin  Halilin həyatını xilas etmək mümkün olmayıb.  

Belə ki, hadisəsin sui-qəsd  olduğu bildirən polis əməkdaşları  Halilin vurulduğu yerdə 50-dək patron aşkar ediblər. Həmçinin, onun vurulma anı ətrafdakı müşahidə kameralarına əks olunub. 

Cani şəxslər H. Falyalının evinin önündə avtomobillə qarşını kəsərək, onu güllələməyə başlayıblar. Daha sonra isə avtomobillərinə minərək,ərazidən uzaqlaşmağı bacarıblar.  İnsident nəticəsində  Halilin sürücüsü də  aldığı güllə yarasından yerindəcə  dünyasını  dəyişib.  

Polis cinayətkarların axtarışına başlayıb. 

Qeyd edək ki, sərvəti ilə tanınan Halil, türkiyəli mafiya lideri Sedat Pekerin "YouTube"  videolarında adı keçən şəxslərdən biri olub. Halilin ölümündə  Sedat Pekerin əli olduğu bildirilir.  

Faktla bağlı cinayət  işi açılıb.  Araşdırmalar aparılır. 

Bildirək ki, Falyalı 2016-cı ildən çirkli pulların yuyulması və narkotik ticarəti ittihamı ilə ABŞ tərəfindən axtarışa verilib.