Ermənistanda son sutkada yeni növ koronavirus (COVID-19) infeksiyasına 2 811 yoluxma halı qeydə alınıb.

"Unikal" xəbər verir ki, ölkədə ümumilikdə infeksiyaya yoluxanların sayı 396 885 nəfərə çatıb.

Son sutka ərzində infeksiyadan 6 ölüm halı qeydə alınıb. Bununla da koronavirusdan ölənlərin ümumi sayı 8 108 nəfərə yüksəlib.