Fransa prezidenti Emmanuel Makron və Rusiya prezidenti Vladimir Putin arasında keçirilən görüşün əks-sədaları davam edir. Putin fransalı həmkarı Emmanuel Makronla Kremldə görüşdükdən sonra da kameralar qarşısına keçib. Kiyev-Moskva xəttində müharibənin başlayacağı ilə bağlı söz-söhbətlər gündəmdə qalarkən, mətbuat konfransı zamanı Putinin çox əsəbi olduğu müşahidə edilib.

"Unikal" xəbər  verir ki, mətbuat konfransında oturuşu ilə diqqət çəkən fransız jurnalistin Rusiya ilə Ukrayna arasındakı gərginliklə bağlı sualına Putin qəzəblənib. 

Belə ki, jurnalistin mövzu ilə bağlı sualına, “NATO ilə müharibə edəcəyikmi?" Putin jurnalistə işarə edərək, "Sizdən soruşmaq istərdim. Siz bu müharibəni istəyirsiniz? Oxucularınız və izləyiciləriniz Rusiya ilə NATO arasında bu müharibəni istəyir?", -  deyə sual ünvanlayıb.

Fransız jurnalist isə səssiz qalıb. 

Daha sonra Ukraynanın NATO-ya daxil olma ehtimalını dəyərləndirən Putin, “Əgər hərbi yolla Krıma qayıtmağa qərar versələr, Avropa ölkələri avtomatik olaraq Rusiya ilə müharibəyə gedəcək” , - deyib.

Gülayə Mecid