Bu gün Gürcüstanın keçmiş Prezidenti Mixail Saakaşvilinin  Tbilisi Şəhər Məhkəməsində növbəti məhkəmə prosesi keçirilir.

"Unikal" xəbər verir ki,  proses 3 milyon dollar çox dövlət vəsaitinin şəxsi ehtiyaclar üçün xərclənməsi işi ilə bağlıdır. Bildirilir ki, Saakaşvilinin anası Qiuli Alasaniya da prosesdə iştirak edir.

Sabiq prezidentin tərəfdarları məhkəmənin qarşısına toplaşıblar. Onlar Saakaşviliyə dəstək aksiyası keçirməyi planlaşdırırlar.