Rusiya Liberal Demokrat Partiyası fraksiyasının rəhbəri Vladimir Jirinovski xəstəxanaya yerləşdirilib.

"Unikal" “RİA Novosti”yə istinadən xəbər verir ki, siyasətçi Moskvada Mərkəzi Klinik Xəstəxanaya yerləşdirilib.

Jirinovskinin səhhətindəki problemin nədən ibarət olduğu açıqlanmayıb.

xxx

16:30

Rusiyalı siyasətçi, Liberal-Demokrat Partiyasının sədri, Dövlət Dumasının deputatı Vladimir Jirinovski ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib.

"Unikal" xarici mətbuata istinadən xəbər verir ki, 75 yaşlı siyasətçi bir neçə gün əvvəl xəstəxanaya yerləşdirilib.

Onun koronavirusun "omikron" ştamına yoluxduğu deyilir.

Partiya rəsmiləri V.Jirinovskinin səhhəti ilə bağlı hər hansı bir açıqlama verməyib.