Pakistanın Pəncab əyalətinin Muridke şəhərində ayaqqabı fabrikində yanğın baş verib. 

"Unikal" xəbər verir ki, yanğın nəticəsində 15 nəfər yaralanıb. Yanğında can itkisinin olmadığı açıqlanıb.

Ərazidə yanğınsöndürmə işlərinin davam etdiyi və yanğının səbəbinin hələ müəyyən edilmədiyi qeyd olunur. 

Ağarza Elçinoğlu