Azərbaycanda son sutkada 43 027 nəfər vaksinasiya olunub.

"Unikal" xəbər verir ki, bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargah məlumat yayıb.

Gün ərzində birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 3 145 nəfər təşkil edib, ikinci mərhələ üzrə isə vaksinasiya olunanların sayı 2 039-dir.

Ölkədə buster doza üzrə vaksinlərin sayına gəlincə, bu göstərici 37 843-dür.

Azərbaycanda bu günə qədər vurulan vaksinlərin ümumi sayı 12 349 272, birinci mərhələ üzrə peyvənd olunanların ümumi sayı 5 258 618, ikinci mərhələ üzrə vaksinasiya edilənlərin sayı 4 758 803 nəfər təşkil edir.

Ümumilikdə isə 2 331 851 buster doza vurulub.