Gürcüstanın mərkəzində Xaşuri-Surami yolunda mikroavtobus qəzaya uğrayıb.

"Unikal"  xəbər verir ki, hadisə nəticəsində  18 nəfər xəsarət alıb.

Qəzanın baş vermə səbəbi, Zuqdididən Tbilisiyə gedən sərnişin mikroavtobusu hündürlükdən dərəyə aşması  göstərilib. Hadisədə bütün sərnişinlər müxtəlif dərəcəli bədən xəsarətləri alıblar, onlar xəstəxanaya çatdırılıb. Üç nəfərin vəziyyətinin ağır olduğu bildirilib.