İtaliya Xarici İşlər Nazirliyi öz vətəndaşlarından Ukraynanı müvəqqəti olaraq tərk etmələrini xahiş edib.

"Unikal"  xəbər verir ki, İtaliya Xarici İşlər Nazirliyinin Böhran Mərkəzi Ukrayna-Rusiya gərginliyi ilə əlaqədar Ukraynaya səyahətlə bağlı şərtləri yeniləyib.

“Mövcud şərait nəzərə alınaraq, vətəndaşları ehtiyat tədbiri kimi müvəqqəti olaraq Ukraynanı tərk etməyə çağırırıq”, - deyə nazirliyin məlumatında deyilir.

Həmçinin xatırladılıb ki, Donetsk, Luqansk və Krıma səyahət etmək qətiyyən tövsiyə edilmir.

İtaliya mətbuatına görə, hazırda Ukraynada iki minədək italyan var və onlarım çoxu paytaxt Kiyevdədir.