Ermənistanda son sutkada daha 1574 nəfərdə COVID-19 aşkarlanıb.

"Unikal" xəbər verir ki, məlumatı ölkənin Səhiyyə Nazirliyinin Xəstəliklərə Nəzarət və Profilaktikası üzrə Milli Mərkəzi yayıb. Bununla da Ermənistanda virusa yoluxanların sayı 406 379-ə çatıb.

Qeyd olunub ki, ölkədə pandemiyadan ölənlərin sayı daha 10 nəfər artaraq 8167-yə yüksəlib.

COVID-19 diaqnozu qoyulmuş, ancaq başqa səbəbdən ölənlərin sayı isə 1 574 nəfərdir. İndiyədək 373 306 pasiyent infeksiyadan sağalıb.

Hazırda ölkədə 23 333 aktiv koronavirus xəstəsi var.