ABŞ Prezidenti Cozef Baydenlə Ukrayna lideri Volodimir Zelenski arasında telefon danışığı olub.

"Unikal" xəbər verir ki, bu barədə Ağ Ev məlumat yayıb.

Məlumata görə, danışıq 1 saata yaxın davam edib.

***18:44

Ukrayna prezidenti Vladimir Zelenski yaxın bir neçə saat ərzində ABŞ prezidenti Co Baydenlə təhlükəsizlik vəziyyətini müzakirə edəcək.

"Unikal" xəbər verir ki, bu barədə Ukrayna prezidentinin sözçüsü Sergey Nikiforov bildirib.

"Hörmətli həmkarlar, prezident Vladimir Zelenski yaxın saatlarda ABŞ prezidenti Co Baydenlə təhlükəsizlik vəziyyətini və davam edən diplomatik gərginliyi azaltma səylərini müzakirə edəcək", - Nikiforov "Facebook"da yazıb.

Ağarza Elçinoğlu