Moskva bəzi ölkələrin ATƏT-nin Ukraynadakı Xüsusi Monitorinq Missiyasının əməkdaşlarının yenidən yerləşdirilməsi qərarından narahatdır və “missiya Vaşinqtonun təhrik etdiyi döyüşkən psixozda qəsdən iştirak edir” və mümkün təxribat vasitəsi kimi istifadə olunur. 

"Unikal" xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova deyib.

Zaxarova həmçinin bildirib ki, Moskva ATƏT rəhbərliyini təşkilatın Ukrayna ətrafında ədalətsiz siyasi oyunlara qarışmasına imkan verməməyə çağırır.