Ukrayna prezidenti Vladimir Zelenski bazar günü amerikalı həmkarı Co Bayden ilə telefon danışığı zamanı ondan "mümkün qədər tez" Ukraynaya gəlməyi xahiş edib.

"Unikal" xəbər verir ki, bu barədə CNN Kiyevdəki hökumət mənbəsinə istinadən məlumat yayıb.

Telekanalın məlumatına görə, Ukrayna prezidenti Amerika liderindən "əlavə qabaqcıl maliyyə və hərbi dəstək" də istəyib. Eyni zamanda, CNN adı açıqlanmayan ABŞ rəsmisinə istinadən iddia edir ki, Baydenin hazırkı böhran fonunda Kiyevə səfəri "çox çətin"dir.

Ağarza Elçinoğlu