Mingəçevir Şəhər Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən nəzarət-yoxlama tədbirləri zamanı aktiv koronavirus xəstəsi ictimai yerdə aşkarlanıb.

"Unikal" xəbər verir ki, DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan bildirilib ki, Xanoğlan Sadıqovun COVID-19 testinin nəticəsi pozitiv olduğu üçün ona ev şəraitində müalicə təyin edilib, qaydalara riayət etməsi tapşırılıb. Buna baxmayaraq həmin şəxs polis əməkdaşları tərəfindən ictimai yerdə aşkarlanıb. Onunla izahedici söhbətlər aparıldıqdan sonra yaşadığı ünvana geri qaytarılıb.

Daha bir aktiv koronavirus xəstəsi isə Şamaxı Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən karantin rejimi ilə əlaqədar keçirilən tədbirlər zamanı ictimai yerdə aşkarlanıb. Belə ki, Təhsin Mustafayevin yaşadığı ünvanı tərk edərək işlədiyi stomatoloji məntəqəyə gəldiyi müəyyən edilib. O, evinə geri qaytarılıb və bu barədə müvafiq səhiyyə qurumları məlumatlandırılıb.