Ukraynanın paytaxtı Kiyevdə səhər saatlarında yenidən hava həyəcanı elan edilib.

"Unikal" Ukrayna mətbuatına istinadən xəbər verir ki, Kiyev vilayət administrasiyası sakinləri sığınacaqlarda gizlənməyə çağırıb.

"Kiyevdə hava həyəcanı təqdim edilib. Bütün sakinlərdən təcili şəkildə mülki müdafiə sığınacaqlarına getmək xahiş olunur", - deyə məlumatda bildirilir.