Genişmiqyaslı Rusiya-Ukrayna müharibəsi başlayandan bəri Ukrayna Silahlı Qüvvələri düşmənin ən azı 39 təyyarəsini və 40 helikopterini məhv edib.

"Unikal" xəbər  verir ki, bu barədə Ukrayna Müdafiə Nazirliyinin mətbuat xidməti məlumat yayıb. 

Qeyd olunur ki, ölkənin hava hücumundan müdafiəsi düşmən təyyarələrini məhv etməkdə və işğalçıların texnika və canlı qüvvəsinin kolonnalarına hava zərbələri endirməkdə davam edir.

"Dünən rus işğalçıları üç "oyunçusunu" - Su-25 hücum təyyarəsini itirdi. Onlardan ikisi Çerniqov vilayətində, biri isə Donetsk vilayətinin Volnovaxa yaxınlığında vurulub", - deyə  məlumatda deyilir.

Gülayə  Mecid