Rusiyalı rejissor Kantemir Balaqov ölkəni tərk edib.
"Unikal" xəbər verir ki, rejissor bu barədə instaqram hesabında hava limanında iti ilə birgə çəkilmiş şəklini paylaşaraq yazıb.

"Rusiyanı tərk etdik. Çox təəssüf edirik və sözün əsl mənasında məhv olmuşuq. Bir anın içində gələcəyimiz, həyatımız əlimizdən alındı. Valideynlərimizi, dostlarımızı əlimizdən aldılar. Ancaq birini götürə bilmədilər - bu filmdir.

Qəlbimiz bu kabusa qarşı duran Ukrayna və Rusiya xalqının yanındadır" - deyə, o, bildirib.