BMT-nin Malidə sabitləşmə üzrə çoxprofilli kompleks missiyasının (MİNUSMA) ən azı iki əsgəri ölkənin mərkəzi hissəsində həlak olub.

"Unikal" xəbər verir ki, bu barədə MINUSMA-nın sözçüsü Olivye Solqado məlumat verib.

Onun sözlərinə görə, sülhməramlıların olduğu nəqliyyat vasitəsi yolda minaya düşüb. Nəticədə iki hərbçi həlak olub, daha dörd nəfər yaralanıb.