Rusiya qoşunlarının Xarkov şəhərini atəşə tutması nəticəsində “Barabaşovo” bazarında güclü yanğın baş verib.

"Unikal" xarici KİV-ə istinadən xəbər verir ki, yanğın böyük ərazini əhatə edir, alovun qarşısını almaq üçün bazar ətrafına yanğınsöndürən briqadalar cəlb olunub.

Məlumata görə, “Barabaşovo” Şərqi Avropada ən böyük, dünya üzrə isə ən böyük bazarlardan biri hesab olunur.