Taliban hərəkatı Əfqanıstanda istənilən xarici serialın nümayişini rəsmən qadağan edib. 

"Unikal" xəbər  verir ki, bu barədə Taliban Mədəniyyət Komissiyasının və Qadağalar Nazirliyi rəsmilərinin Əfqanıstan yayımçılarının nümayəndələri ilə görüşü zamanı qeyd olunub. 

"Taliban açıq şəkildə deyib ki, dari və puştu dillərinə tərcümə edilmiş hər hansı xarici serialın nümayişini dayandırsınlar", - görüş iştirakçılarından biri deyib. Mənbə əlavə edib ki, Taliban qadağanın pozulacağı təqdirdə heç bir bəhanə qəbul etməyəcəklərini qeyd edib.

Bildirilib ki, xarici seriallara qoyulan qadağa televiziya yayımının dayandırılmasına bərabərdir: "Əfqanıstanda kino sənayesi yoxdur və xarici serialları əvəz edə biləcək bir dənə də olsun serial və ya film yoxdur. Bu məhdudiyyət o deməkdir ki, televizorları söndürməlisən".

Ağarza Elçinoğlu