Fransa Rusiya Mərkəzi Bankının 22 milyard avroluq aktivini dondurub.

"Unikal" “RİA Novosti” agentliyinə istinadən xəbər verir ki, bunu Fransa iqtisadiyyat və maliyyə naziri Bryuno Le Mgr bildirib.
Bundan əlavə, Rusiyanın fiziki şəxslərinin Fransa qurumlarındakı 150 milyon avro aktivi də dondurulub.

Fransa hökuməti ölkədə Rusiya vətəndaşlarına məxsus olan dəyəri 0,5 milyard avro qiymətləndirilən 30 daşınmaz əmlak və obyektlə bağlı da anoloji qərar verib.