Kiyev vilayətində martın 20-dən 21-dək komendant saatı tətbiq edilib.

"Unikal" xəbər verir ki, bu barədə Kiyev vilayət hərbi administrasiyasının rəhbəri Aleksandr Pavlyuk bildirib.

"Kiyev vilayətində martın 20-dən 21-dək saat 20:00-dan 7:00-dək komendant saatı tətbiq edilir. Biz küçələrə və digər ictimai yerlərə çıxmırıq (yalnız xüsusi verilmiş vəsiqə və şəxsiyyət vəsiqəsi ilə)," - o, "Telegram" kanalında yazıb.

Ağarza Elçinoğlu