“Vladimir Putinlə danışıqlara hazıram. Son iki ildə (danışıqlara-red.) mən hazır idim. Düşünürəm ki, biz bu müharibəni danışıqlar olmadan bitirə bilmərik”.

"Unikal" xəbər verir ki, bunları Ukrayna Prezidenti Volodimir Zelenski ABŞ-ın CNN telekkanalına müsahibəsində deyib.

"Əgər bu müharibəni dayandırmaq üçün cəmi bir faiz şansımız varsa, düşünürəm ki, bu şansdan istifadə etməliyik", - Ukrayna lideri deyib.

Zelenski günahsız insanların hər gün həyatını itirməyə davam etdiyini vurğulayıb: "Rusiya hərbi qüvvələri bizi məhv etməyə, öldürməyə gəlib. Biz Rusiyaya qarşı sərt cavab verməklə xalqımızın və ordumuzun şərəfini göstərə bilərik, amma təəssüf ki, namusumuz insan həyatlarını xilas etməyəcək. Ona görə də hesab edirəm ki, istənilən formatdan, istənilən imkandan istifadə etməliyik ki, Putinlə görüşmək imkanı olsun, amma cəhdlər uğursuz olarsa, bu, Üçüncü Dünya Müharibəsinin başlanması deməkdir".