Misir hakimiyyəti dünyanın ən qədim böyük daş binası olan Sakkaradakı pilləli piramidanın yaxınlığında aşkar edilmiş beş qədim məqbərəni nümayiş etdirib. 

"Unikal"ın "Associated Press"ə istinadən xəbər verir ki, Misir Qədim Əsərlər Xidmətinin baş katibi Mostafa Vəziri, əvvəllər naməlum olan məzarların 2021-ci ilin sentyabrından bəri davam edən arxeoloji qazıntılar nəticəsində tapıldığını deyib.

Onlar zəngin şəkildə bəzədilib, bölgə hökmdarları və saray idarəçiləri üçün nəzərdə tutulub: "Biz inanırıq ki, ərazidə başqa məzarlar tapa bilərik". 

Mütəxəssislər məzarları eramızdan əvvəl XXVIII əsrin ortalarından XXI əsrin ortalarına qədər davam edən Köhnə Krallıq dövrünə və Köhnə Krallığın süqutundan sonra gələn Birinci Aralıq Dövrə aid edirlər.

Ağarza Elçinoğlu