Hindistanın Kerala ştatında futbol matçında stadionun tribunasının uçması nəticəsində 200-dən çox insan xəsarət alıb.

"Unikal"ın "Times of İndia"ya istinadən verdiyi xəbərə görə, onlardan beşi ağır yaralanıb.

Hüquq-mühafizə orqanlarının məlumatına görə, insident şənbə günü yerli vaxtla saat 21:00-da (Bakı vaxtı ilə 19:30) Malappuram şəhərində baş verib.

Yaralılar xəstəxanaya yerləşdirilib.

Hadisənin başqa təfərrüatları açıqlanmayıb.