Ukraynanın ərazi bütövlüyünə dair heç bir mövzuda güzəştə getməyəcəm.

"Unikal" xəbər verir ki, bunu Ukrayna Prezidenti Volodimir Zelenski deyib.

Ukrayna lideri bildirib ki, Krımın Rusiyanın bir hissəsi kimi və Donbasdakı iki respublikanın müstəqilliyinin tanınmasına dair heç bir kompromisə getməyəcək: "Müstəqil dövlət olaraq getməyəcəyimiz kompromislər var. Ərazi bütövlüyümüz və suverenliyimizlə bağlı istənilən kompromisə Ukrayna xalqı öz sözünü dedi: rus əsgərlərini gül buketi ilə deyil, mərdliklə, əllərində silahla qarşıladılar". 

O əlavə edib ki, Rusiya zorla başqa ölkə vətəndaşlarının rəğbətini qazana bilməz:

"Siz başqa ölkənin prezidentinə güc tətbiq etməklə nəyisə tanımağa məcbur edə bilməzsiniz".