Türkiyədə ağır yol qəzası olub.

"Unikal" xarici KİV-ə istinadən xəbər verir ki, hadisə Van-Hakkari avtomobil yolunun 7-ci kilometrliyində qeydə alınıb. Belə ki, 14 nəfərin olduğu mikroavtobus idarəetmədən çıxaraq yol kənarındakı istinad divarını aşaraq çevrilib.

Hadisə zamanı 14 nəfər xəsarət alıb.

Yaralılar xəstəxanalara çatdırılıb.