İsveçin Malmö şəhərindəki liseyə hücum 2 nəfərin ölümü ilə nəticələnib.

"Unikal" “Le Matin” saytına istinadən xəbər verir ki, ölənlər liseyin texniki işçiləridir.

18 yaşlı gənc soyuq silahla liseyə daxil olaraq ətradfakılara zərər yetirib. Bundan sonra o, polisə zəng edərək qətl törətdiyini etiraf edib. Hadisəni törədən şəxs polisə heç bir müqavimət göstərmədən təslim olub. Hazırda onun psixi vəziyyəti araşdırılır.

Hücum zamanı yaralanan 2 nəfərə isə tibbi yardım göstərildikdən sonra xəstəxanadan buraxılıb.