Rusiya aviasiyası son sutka ərzində Ukraynanın 137 hərbi obyektini, o cümlədən altı komanda məntəqəsi və rabitə mərkəzini məhv edib.

"Unikal" xəbər verir ki, bu barədə Rusiya Federasiyası Müdafiə Nazirliyinin (MN) rəsmi nümayəndəsi, general-mayor İqor Konaşenkov bildirib.

"Gün ərzində operativ-taktiki və hərbi aviasiya Ukraynanın 137 hərbi obyektini vurub. Onların arasında altı komanda-idarə etmə mərkəzi və rabitə mərkəzi, iki reaktiv yaylım atəş sistemi qurğusu, bir zenit-raket kompleksi, səkkiz raket artilleriya silahları və sursatları anbarı, eləcə də 101 hərbi texnikanın saxlanıldığı yer var”, - deyə Rusiya MN sözçüsü qeyd edib.