Rusiyanın müdafiə naziri Sergey Şoyqu ermənistanlı həmkarı Suren Papikyanla telefon danışığı aparıb.

"Unikal" xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyinin mətbuat xidməti məlumat yayıb.

"Nazirlər regiondakı mövcud vəziyyəti və Rusiya sülhməramlılarının Qarabağda tapşırıqlarını yerinə yetirdiyi əraziləri, eləcə də qarşılıqlı maraq doğuran digər məsələləri müzakirə ediblər", - deyə Müdafiə Nazirliyindən bildirilib.

Günün ikinci yarısında Şoyqu Prezident Vladimir Putinə Ukraynada keçirilən xüsusi əməliyyatın gedişi barədə məruzə edib. Hesabat Putinin Rusiya Federasiyası Təhlükəsizlik Şurasının daimi üzvləri ilə görüşü zamanı oxunub.