Mariupolda aclıqdan ölənlərin sayı getdikcə artır.

"Unikal" xəbər verir ki, bu barədə Mariupol Şəhər Şurası "Telegram"da məlumat yayıb.

"Artıq iki gündür yemək yemirik. Şəhərdən piyada çıxmağa gücüm yoxdur. Nə yaxşı ki, su var" - bu sözləri Mariupol sakinlərinin sağ qalan qohumları deyir... Getdikcə daha çox insan heç bir qida ehtiyatı olmadan qalır. Mariupol sakinlərini xilas etmək üçün genişmiqyaslı humanitar əməliyyata başlamaq üçün bütün cəhdlər Rusiya tərəfi tərəfindən əngəllənir. Çünki işğalçıları insanlar və onların taleyi maraqlandırmır", - şəhər şurasının bəyanatında deyilir.

Ağarza Elçinoğlu