Rus qüvvələri Ukrayna prezidentinin Xersonda yerləşən ofisinə hücum ediblər. 

"Unikal" xarici  KİV-ə  istinadən xəbər verir ki, bu barədə Ukrayna Prezident Aparatı məlumat yayıb. Məlumata görə,  ruslar binanın qapısını sındırıb və Ukrayna bayrağını çıxarıblar.

Bundan sonra Rusiyanın təcavüzü səbəbindən Prezident Aparatının ofisi müvəqqəti olaraq bağlanıb.

"Biz Missiyanın İdarəsinə cinayət yolu ilə daxil olmuş Rusiya hərbçilərinə və Rusiya xüsusi xidmət orqanlarının üzvlərinə qanunsuz hərəkətləri dayandırmağı və Ukrayna Silahlı Qüvvələrinə könüllü təslim olmağı tövsiyə edirik. Bu, məsuliyyətin dərəcəsini yüngülləşdirəcək və insanların həyatını xilas edəcək", - Prezident Aparatı məlumat yayıb.

Bildiyiniz kimi, Xerson hazırda işğal altındadır - şəhərdə rus işğalçı qüvvələri var.

Gülayə Mecid