Çinin ən böyük şəhəri Şanxayda COVID-19 hallarının artması ilə əlaqədar 5 günlük karantin tətbiq edilməsinə qərar verilib.

"Unikal" xəbər verir  ki, 28 mart-1 aprel tarixlərində bölgədə karantin tətbiq olunacaq.

Vətəndaşlardan karantin zonalarında olan evlərini tərk etməmələri istənilərkən, ərzaq və gündəlik tələbat mallarının təmassız çatdırılması şərti ilə onlayn alış-verişə icazə veriləcək.

Şəhərdəki karantin zonalarında bütün avtobus, metro, bərə və taksilərin hərəkəti müvəqqəti olaraq dayandırılacaq.

Son həftələr şəhərin bir çox yaşayış məntəqələri qismən karantinə alınıb. Şəhərdəki Disneyland qapılarını ziyarətçilərin üzünə bağlanıb və Tesla fabriki istehsalı müvəqqəti olaraq dayandırdı.